Hüseyn Əlixanov: “Əfv sərəncamı ilə azadlığa çıxan şəxslər daha çox məsuliyyət daşıyırlar” - FOTO

Hüseyn Əlixanov: “Əfv sərəncamı ilə azadlığa çıxan şəxslər daha çox məsuliyyət daşıyırlar” - <font color=red>FOTO</font>
# 16 mart 2012 09:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Əfv sərəncamının mahiyyəti digər azadlığa çıxma növlərindən fərqlənir. Hesab edirəm ki, əfv sərəncamı ilə azadlığa buraxılan şəxslər daha çox məsuliyyət daşıyırlar”. APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə açıqlamasında deyib.
Rəis müavini qeyd edib ki, əfv sərəncamı öz davranışlarında nümunəvi olan şəxslərə şamil olunur. Həmin şəxslərin yenidən cinayət törətmək ehtimalı minimuma bərabərdir.
H. Əlixanov 1995-ci ildən bu günə kimi Azərbaycanda 51 əfv sərəncamı imzalandığını, nəticədə 5376 nəfərin azadlığa buraxıldığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR