AGBI indeksi 0,01% yüksəlib, ACBDI indeksi 0,05% enib, AMFBI indeksi 0,01% yüksəlib

AGBI indeksi 0,01% yüksəlib, ACBDI indeksi 0,05% enib, AMFBI indeksi 0,01% yüksəlib
# 01 noyabr 2012 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,01% artaraq noyabr ayının 1-nə 95,34 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,05% enib və 99,87 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 106,00-ə bərabər olub.

Qeyd edək ki, «APA-Economics» informasiya agentliyi dövlət qiymətli kağızları üzrə indekslərin hesablanması mexanizmini daha da təkmilləşdirərək bu gündən etibarən indeksləri yeni, cari qiymət amilinə əsaslanan metodla hesablamağa başlayır. Dövlət qiymətli kağızlarının indeksi dövriyyədə olan buraxılışların ortalama cari qiymətini əks etdirir. Dövlət istiqrazları və notlar diskont qiymətli kağızları olduğuna görə, cari qiymət 100-dən aşağıdır, ipoteka istiqrazları isə diskont qiymətli kağızları deyil.

Dövlət istiqrazları və notların indeksləri hazırda həmin bazarlarda ortalama gəlirliyi əks etdirir. Belə ki, məsələn, AGBI indeksinin 95,34 səviyyəsində olması dövlət istiqrazları bazarında ortalama gəlirliyin illik 4,66% olduğunu göstərir. Həmçinin qeyd olunmalıdır ki, notlar çox qısamüddətli kağızlar (dövriyyədə olanların müddəti 28 gündür) olduğuna görə, bu kağızlar üzrə gəlirlik dövlət istiqrazları ilə müqayisədə aşağıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR