Nabrandakı “Lotos” istirahət mərkəzinin lisenziyası ləğv edilib

Nabrandakı “Lotos” istirahət mərkəzinin lisenziyası ləğv edilib
# 17 iyul 2012 08:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Nabran ərazisində yerləşən “Lotos” istirahət mərkəzinin lisenziyasını ləğv edib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu istirahət mərkəzi fiziki şəxs Şahlar Nəsirovun (hüquqi ünvanı: Bakı şəhəri, Gəncə prospekti, ev 30, mənzil 46) adına lisenziyalaşdırılıb.

Nazirlik eyni zamanda bir neçə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. “Tamin” MMC-yə məxsus “Azcot Hotel”, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km ərazisində yerləşən “Mavi Dalğa” istirahət mərkəzi, “Redfund” MMC-yə məxsus “Premier” mehmanxanası, “Laza” firmasının Zığ qəsəbəsindəki “Maral” moteli, Azərbaycan küçəsi, 11 ünvanında yerləşən "Şindan” mehmanxanası üçün lisenziyalar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR