Bakıda itkin düşmüş şəxsin meyiti su anbarından tapılıb

Bakıda itkin düşmüş şəxsin meyiti su anbarından tapılıb
# 06 fevral 2012 10:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında itkin düşmüş şəxsin meyiti tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, fevralın 3-də itkin düşmüş, Suraxanı rayonunda yaşayan Mahmud Qılıncovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti evinin həyətindəki su anbarında tapılıb. M.Qılıncovun sərxoş halda anbardan su götürmək istəyərkən yıxılaraq boğulması ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR