Yasamal rayonunun su təminatı yaxşılaşdırılır - FOTO

Yasamal rayonunun su təminatı yaxşılaşdırılır - <font color=red>FOTO</font>
# 13 aprel 2012 12:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC paytaxtın Yasamal rayonu İ.Qutqaşenli küçəsindən keçən, uzun müddət istifadədə olan yararsız su borularının dəyişdirilməsinə başlayıb.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırmaq və itkilərin qarşısını almaq məqsədilə küçə boyunca 1450 metr uzunluğunda çuqun borulardan ibarət mövcud magistral su kəməri 500 mm diametrli polietilen borularla əvəzlənir. Buna paralel olaraq ətraf küçələri və məhəllələri içməli su ilə təmin etmək üçün marşrut boyunca 250 mm diametrli polietilen borularla 800 metr uzunluğunda köməkçi su xətti də çəkilir.

Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprel ayının sonuna qədər tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Yasamal rayonu İ.Qutqaşenli küçəsi və ona yaxın ərazilərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR