Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri: 2012-ci ilin ən əhəmiyyətli beynəlxalq məsələsi İran olacaq

Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri: 2012-ci ilin ən əhəmiyyətli beynəlxalq məsələsi İran olacaq
# 07 aprel 2012 01:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran rəhbərliyi nüvə proqramından qaynaqlanan təhlükələri kiçik hesab edərək İraqın sabiq prezidenti Səddam Hüseynin səhvlərini təkrarlayır”. APA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov bildirib. Onun sözlərinə görə, İran hərbi təhdidlərin ciddi olduğunu düşünmür: “İranın nüvə fəaliyyətləri geniş istiqamətlidir. Heç bir mütəxəssis nüvə obyektlərinə qarşı hərbi əməliyyatların bu ölkənin nüvə proqramına sona qoyacağını ehtimal etmirlər. Onlar təxminən 3 illik aradan sonra İranın işlərə təkrar başlayacağına inandıqlarını iddia edirlər. Ancaq bu məsələ ABŞ-la İsraildəki mərkəzlərdə müzakirə olunub və hər iki ölkə İranın nüvə fəaliyyətlərinə təkrar başlamasını qəti şəkildə istəmir. Ona görə də belə bir şey reallaşarsa, qurudan dəstək verilməklə hava hücumunun ardından İran və ya torpaqlarının bir hissəsi nüvə proqramını məhv etmək məqsədilə işğal olunacaq. Ya da bombalanan və qarşılıq verməyə qərarlı olan bir İranla qarşı-qarşıya qalacağıq. Bu da çox asimmetrik ola bilər”. A. Puşkov deyib ki, İranın nüvə obyektlərini hədəf alacaq hərbi müdaxilə ssenarisinə ölkə ictimaiyyəti hazırlanır: “Müdaxilə bütövlükdə regional bir müharibəyə çevrilə bilər”. Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri 2012-ci ilin ən əhəmiyyətli beynəlxalq məsələsinin İran olacağını ehtimal etdiyini də vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR