Xaçmazda 35 yaşlı kişi intihar edib

Xaçmazda 35 yaşlı kişi intihar edib
# 01 iyun 2012 06:54 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Ötən gün axşam saatlarında Xaçmaz rayonunda intihar hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1977-ci il təvəllüdlü Gemnatik Paşayev yaşadığı evin tavanından özünü asaraq intihar edib. Meyit müayinə olunması üçün Xaçmaz rayon morquna aparılıb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR