Lənkəranda yol polisi reyd keçirib

Lənkəranda yol polisi reyd keçirib
# 10 aprel 2012 11:44 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində avtomobillərin konstruksiyasında dəyişikliklərin edilməsi ilə bağlı reyd keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, səhər saatlarından başlayan reyd zamanı hərəkətin intensivliyini aşağı salan hallarla yanaşı, avtomobillərin konstruksiyasında dəyişiklik edilməsi, əlavə avadanlıqların quraşdırılması, görmənin məhdudlaşdırılması, pərdə və plyonkaların, eləcə də yüksək tonlu səs vasitələrinin və siqnalların quraşdırılması, sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanı olmadan avtomobilin idarə olunması, təhlükəsizlik kəmərlərindən istifadə olunmaması kimi faktlar qeydə alınıb. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozan sürücülər barəsində inzibati qaydada ölçü götürülüb. DYPB-nin inspektoru Sabir Süleymanov bu cür reydlərin şəhər və rayon ərazisində mütəmadi davam etdiriləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR