Xaçmaz rayonunda iki kəndin ərazisində meşə zolağı və pay torpaqları yanır

Xaçmaz rayonunda iki kəndin ərazisində meşə zolağı və pay torpaqları yanır
# 02 aprel 2012 17:44 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunun Qədəşoba və Ağarəhimoba kəndləri arasındakı meşə zolağı yanır. APA-nın şimal bölgə müxbirinin verdiyi məlumata görə, yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsi ilə bərabər, Şabran, Quba və Qusarın Dövlət Yanğından Mühafizə Hissəsi yanğınsöndürən maşınları cəlb olunub. Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, yanğın meşə zolağını və kənd sakinlərinin pay torpaqlarına keçib. Güclü külək alovun genişlənməsinə və onun qarşısının alınmasına çətinlik törədir. Hazırda yanğın davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR