Gürcüstandan Azərbaycana gələn yük qatarının vaqonları relsdən çıxıb

Gürcüstandan Azərbaycana gələn yük qatarının vaqonları relsdən çıxıb
# 24 mart 2012 08:06 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, martın 23-də saat 21.40-da baş verən hadisə nəticəsində sərnişin və yük qatarının hərəkətində qismən fasilələr yaranıb. N. Əzməmmədov deyib ki, saat 05.30-da Bakıdan gedən qatarların hərəkəti bərpa olunub: “Hazırda qatarların hərəkəti bir yolla tənzimlənir, Bakıya gələn istiqamətdə ikinci yolun bərpası davam etdirilir”.

N. Əzməmmədov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi mütəxəssislər tərəfindən araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR