Səhiyyə Nazirliyi içlik vərəqəsi Azərbaycan dilində olmayan dərman idxalının qarşısını almaq məqsədilə monitorinq aparacaq

Səhiyyə Nazirliyi içlik vərəqəsi Azərbaycan dilində olmayan dərman idxalının qarşısını almaq məqsədilə monitorinq aparacaq
# 01 iyun 2012 09:47 (UTC +04:00)
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib.

Onun sözlərinə görə, bununla bağlı dərman idxalı ilə məşğul olan şirkətlərə əvvəlcədən xəbərdarlıqlar edilib, vaxt qoyulub: “Artıq şirkətlər qarşısında qoyulan vaxt bu gün başa çatır. Bu gündən etibarən Azərbaycana idxal olunan dərman preparatlarının içlik vərəqələrinə nəzarət gücləndiriləcək. İyunun 1-dən içlik vərəqəsi Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı dayandırılacaq”.

P. Əzizbəyov deyib ki, artıq şirkətlərin çoxu satışda içliyi Azərbaycan dilində olmayan dərman preparatlarının içliyini dəyişib. Qalanlar isə satıldıqca dərman bazarından təmizlənəcək.

İnspeksiya rəisi sözügedən məsələ ilə bağlı dərman bazarında monitorinq aparılacağını da bildirib: “Azərbaycanda satılan bütün preparatlarının içliyi Azərbaycan dilində olmalıdır. Bu işə daim nəzarət olunacaq. Qadağa bu gün qüvvəyə mindi, bir müddətdən sonra apteklərdə vəziyyəti öyrənmək üçün monitorinqlər aparılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR