Göygöl rayon sakini qida zəhərlənməsindən ölüb

Göygöl rayon sakini qida zəhərlənməsindən ölüb
# 13 fevral 2012 10:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Göygöl rayon sakini qidadan zəhərlənərək ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 10-da qeydə alınıb. Göygöl rayonunun Xanlar qəsəbə sakini Tamilə Bağırova evində pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR