Azərbaycanda yanacaq daşıyan maşın qəzaya uğrayıb

Azərbaycanda yanacaq daşıyan maşın qəzaya uğrayıb
# 21 fevral 2012 09:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yanacaq daşıyan maşın qəzaya uğrayıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Qaradağ rayonunda, Bakı-Qazax yolunun 66-cı kilometrliyində qeydə alınıb. "MAZ" markalı yanacaq daşıyan yük avtomobili qəzaya uğrayıb. Yanğın hadisəsi baş verməyib. Qəzanın nəticələri aradan qaldırılanadək yanğınsöndürənlər hadisə yerində növbə çəkiblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR