Erməni seysmoloq: “Zəlzələ olarsa, İrəvanın yaşayış fondunun 80%-i məhv olacaq”

Erməni seysmoloq: “Zəlzələ olarsa, İrəvanın yaşayış fondunun 80%-i məhv olacaq”
# 15 avqust 2012 13:10 (UTC +04:00)
APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə avqustun 15-də İrəvanda keçirdiyi mətbuat konfransında seysmoloq Vladimir Balasanyan bildirib.

Cənubi Qafqazda 1980-ci illərin sonlarından başlayaraq seysmik fəallığı müqayisə edən seysmoloq bildirib ki, Spitak zəlzələsindən sonra Gürcüstan və İranda güclü yeraltı təkanlar qeydə alınıb: “Hazırda İran, Azərbaycan və Türkiyə arasındakı zonada yeni zəlzələ ocağı meydana gəlib. Heç kim deyə bilməz ki, bu proses bununla bitəcək, yoxsa davam edəcək”.

«Əgər episentri ölkə əhalisinin 1/3-nin yaşadığı Ermənistan paytaxtına düşəcək dördüncü güclü zəlzələ baş versə, bu, İrəvanın yaşayış fondunun 80%-ni məhv edər. Bu isə ağır nəticələri olacaq milli faciə deməkdir», - deyə seysmoloq vurğulayıb.

V. Balasanyanın sözlərinə görə, İrəvandakı mənzil fondunun 70-80%-i sovet dövründə tikilmiş və artıq köhnəlmiş binalardır. Bu binalar ən çox 7 bal zəlzələyə hesablanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR