ATƏT PA nümayəndə heyətinə Yuliya Timoşenko ilə görüşməyə icazə verilməyib

ATƏT PA nümayəndə heyətinə Yuliya Timoşenko ilə görüşməyə icazə verilməyib
# 03 mart 2012 23:53 (UTC +04:00)
Bakı-APA. Ukrayna Dövlət penitensiar xidməti ATƏT Parlament Assambleyasının vitse-prezidenti Valburq Habsburq Duqlasa və Avropa institutlarının daha 4 nümayəndəsinə Kaçanov koloniyasında dustaq olan keçmiş baş nazir Yuliya Timoşenkonu ziyarət etməyə icazə verməyiblər.

Timoşenko 2009-cu ildə Rusiya ilə təbii qaz müqaviləsini imzalayarkən səlahiyyət həddini aşma ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

«Xidmətin rəhbərliyinin ünvanına İsveçin Ukraynadakı səfirindən Yuliya Timoşenkonu ziyarət etmək barədə müraciət gəlib... Ukrayna Dövlət penitensiar xidməti bildirir ki, müvafiq qanunvericiliyə uyğun olaraq bu tipli ziyarətlərə icazə vermək üçün əsas yoxdur», deyə Ukrayna Dövlət penitensiar xidməti mətbuat xidmətinin məlumatında bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR