Dələduzluq və mənimsəmədə ittiham olunan bələdiyyə sədrinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb

Dələduzluq və mənimsəmədə ittiham olunan bələdiyyə sədrinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb
# 04 may 2012 08:02 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində dələduzluq və mənimsəmədə ittiham olunan Salyan rayonunun Xıdırlı kənd bələdiyyəsinin sədri Aydın Tarverdiyevin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, Aydın Tarverdiyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və digər maddələri ilə ittiham olunur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Tarverdiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR