Dünyanın çox ölkələrində on minlərlə insan bir may aksiyalarında iştirak edib

Dünyanın çox ölkələrində on minlərlə insan bir may aksiyalarında iştirak edib
# 01 may 2012 19:29 (UTC +04:00)
Bakı-APA. Bir necə Avropa ölkəsində on minlərlə həmkarlar ittifaqlarının fəalları bir may aksiyalarında iştirak edib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Yunanıstan, İspaniya, Portuqaliya, Fransa və İtaliyada həmkarlar ittifaqlarının liderləri öz tərəfdarlarını hökumətin sərt qənaət tədbirlərinə etiraz nümayiş etdirməyə çağırıb. İtaliyada nümayişçilər ilə polis arasında toqquşmalar baş verib. Rusiyanın 1500 şəhərlər və qəsəbələrində keçirilən aksiyalara 2,6 mln insan çıxıb.

Yüz minlərlə insan İndoneziya, Malayziya, Filippində bir may nümayişləri keçirib. Bu ölkələrdə aksiya iştirakçıları əməkhaqqının artırılması və iş şəraitinin yaxşılaşdırmasını tələb ediblər. Kubada hökumət tərəfdarları iri həcmli nümayiş keçiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR