«Bavariya» Çempionlar Liqasının finalına vəsiqə qazanıb

«Bavariya» Çempionlar Liqasının finalına vəsiqə qazanıb
# 25 aprel 2012 23:51 (UTC +04:00)
Bakı-APA. UEFA Çempionlar Liqasının ikinci finalçısı müəyyən edilib. Madriddə keçirilmiş görüşün nəticələrinə əsasən vəsiqə «Real»a penaltilər seriyasında qalib gələn «Bavariya»ya nəsib olub. Mayın 19-da münhenlilər doğma arenada İngiltərənin «Çelsi» komandası ilə qarşılaşacaqlar.

Madriddə keçirilmiş görüşün 14-cü dəqiqəsində artıq hesab 2:0 «Real»ın xeyrinə olub. Hər iki qolu münhenlilərin qapısından Kriştiano Ronaldo keçirib. Lakin «Bavariya» 27-ci dəqiqədə Aryen Robbenin penaltidən vurduğu qolla fərqi azaldıb. Oyun bu hesabla bitdiyindən qalibi müəyyən etmək üçün əlavə vaxt təyin olunub. Xatırladaq ki, Münhendəki ilk görüşdə «Bavariya» 2:1 hesabı ilə qalib gəlmişdi. Əlavə vaxtda da komandalar qol vura bilməyiblər. Penaltilər seriyasında isə münhenli Bastian Şvaynştaygerin zərbəsi həlledici olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR