Azərbaycanda daha bir sığorta şirkəti İcbari Sığorta Bürosuna üzv olub

Azərbaycanda daha bir sığorta şirkəti İcbari Sığorta Bürosuna üzv olub
# 21 aprel 2012 08:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «İpək Yolu Sığorta» şirkəti İcbari Sığorta Bürosuna (İSB) üzv olub.

İSB-dən «APA-Economics»ə verilən məlumata görə, şirkət Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin müvafiq razılıq məktubuna əsasən «Daşınmaz əmlakın icbari sığortası», «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası», «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», «Sərnişinlərin icbari fərdi qəza sığortası» növləri üzrə fəaliyyət göstərmək üçün Büronun iştirakçıları sırasına daxil edilib.

Qeyd edək ki, buna qədər Büroya 10 sığorta şirkəti («AXA-Mbask», «Alfa Sığorta» «AtaSığorta», «Atəşgah Sığorta», «Azərsığorta», «AzSığorta», «Xalq Sığorta», «Paşa Sığorta», «Standard Insurance» və «Meqa Sığorta») daxil olub.

Xatırladaq ki, İSB ötən ilin sonundan fəaliyyət göstərir. Büronun yaradılmasında əsas məqsəd zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə Büroya 200 min manat, «Sərnişinlərin icbari sığortası» növünə görə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növlərinin hər birinə görə 100 min manat həcmində birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir.

«İpək Yolu Sığorta» ASC 1995-ci ildə «AZAL Sığorta» kimi yaradılıb, 2011-ci ilin iyul ayında şirkətin adı dəyişdirilib. Şirkət hazırda 25 sığorta növü üzrə xidmət göstərir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 12,093 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR