Londonda Xocalı soyqırımına həsr olunan aksiya keçirilib

Londonda Xocalı soyqırımına həsr olunan aksiya keçirilib
# 26 fevral 2012 03:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniyada fəaliyyət göstərən Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) tərəfindən London şəhərində bu gün Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan aksiya keçirilib. Bu barədə APA-ya təşkilatın üzvü Savalan Ərdəbilli məlumat verib. O bildirib ki, Londonda yaşayan azərbaycanlılar aksiyada fəal iştirak edib: “Əllərində Azərbaycan bayraqları, faciəni əks etdirən fotolar, ingilis dilində “Xocalıya ədalət” yazılmış plakatları tutan nümayişçilər təcavüzkar Ermənistanın əleyhinə şüarlar da səsləndirərək, hadisəyə siyasi qiymət verilməsini tələb ediblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR