Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada informasiya azadlığı üzrə məsul şəxs təyin olunub

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada informasiya azadlığı üzrə məsul şəxs təyin olunub
# 05 oktyabr 2012 07:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada informasiya azadlığı üzrə məsul şəxs təyin olunub. Komissiyadan APA-ya verilən məlumata görə, ”Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planı”nın müvafiq bəndləri ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya həvalə edilmiş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə “Tədbirlər planı” təsdiq edilib. Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi-mətbuat katibi Asəf Əliyev informasiya azadlığı üzrə məsul şəxs təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR