Erməni snayperinin atəşi nəticəsində yaralanmış Tovuz sakininin vəziyyəti orta-ağır qiymətləndirilir

Erməni snayperinin atəşi nəticəsində yaralanmış Tovuz sakininin vəziyyəti orta-ağır qiymətləndirilir
# 31 mart 2012 10:14 (UTC +04:00)
Tovuz Rayon Mərkəzi Xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, erməni snayperin açdığı atəş nəticəsində sol bud nahiyəsindən yaralanmış Vüsal Quliyev dərhal xəstəxanaya çatdırılıb və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Qeyd edək ki, hadisə dünən səhər saatlarında baş verib. Vüsal Quliyev qoşunların təmas xəttində yerləşən Əlibəyli kəndinin əkin sahəsində traktorla işləyən zaman erməni snayperin açdığı atəş nəticəsində yaralanıb. Faktla əlaqədar Tovuz rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR