Muğanlı-İsmayıllı yolunda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Muğanlı-İsmayıllı yolunda avtomobil aşıb, ölən və xəsarət alanlar var
# 09 oktyabr 2012 12:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü İsmayılov Rüstəm İkram oğlunun idarə etdiyi 10 SD 297 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - 1988-ci il təvəllüdlü İsmayılov Anar Malik oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişinlər, İsmayıllı rayon sakinləri - 1991-ci il təvəllüdlü Hüseynov Tərlan Qürbət oğlu, 1995-ci il təvəllüdlü Daşdəmirov Mürsəl Əbülfət oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR