Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının II qurultayı keçirilib - YENİLƏNİB

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının II qurultayı keçirilib - <font color=red>YENİLƏNİB</font>
# 02 iyun 2012 10:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) II hesabat-seçki qurultayı başlayıb. APA-nın məlumatına görə, qurultayı açan ATGTİ sədri Şahin İsmayılov ötən dövr ərində təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ATGTİ təsis qurultayında qarşısına qoyduğu minimum planı yerinə yetirə bilib, bütün ali təhsil müəssisələri ilə əlaqələr yaradıb: “Növbəti illər də bu qurumun qarşısında böyük işlər durur”.

Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, Azərbaycan tələbələri ölkənin təbliğində mühüm addımlar atmalıdır: “Bugünkü Azərbaycan regional liderə çevrilir. Ölkə gəncləri Azərbaycan reallıqlarını, xüsusən Dağlıq Qarabağ problemi barədə həqiqətləri dünyanın digər bölgələrində yaşayan tələbə yoldaşlarına çatdırmalıdırlar. Azərbaycan tələbələri informasiya kommunikasiya texnologiyaları vasitəsi ilə də ölkə reallıqlarının dünyaya çatdırılmasında səfir rolunu oynayırlar. Azərbaycanın hər bir gənci bilməlidir ki, o böyük, qüdrətli bir ölkənin vətəndaşıdır. Bizim məqsədimiz Azərbaycanın gənc nəslini təşəbbüskar, fəal və intellektual olmasına nail olmaqdır”.

Təhsil nazirinin müavini Qulu Novruzov isə qeyd edib ki, hazırkı şəraitdə gənclərin qarşısında duran vəzifələr 10 il bundan əvvəlki vəzifədən kəskin fərqlənir: “Azərbaycanın yerləşdiyi geostrateji mühit vadar edir ki, Azərbaycan gəncləri daha böyük səylə çalışsınlar, biliklərə yiyələnsinlər”.

Qurultayda ATGTİ-yə sədr seçkisi olub. Şahin İsmayılov yenidən təşkilatın sədri seçilib.

Bununla da, qurultay başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR