Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının günləri yenidən dəqiqləşdiriləcək
25 may 2012 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Komissiya sədri bu il qəbul imtahanlarının tarixlərinin TQDK tərəfindən aprelin əvvəlində rəsmi olaraq elan edildiyini xatırladıb: “Bu tarixlər aprelin 19-da ölkə prezidentinin fərmanı ilə komissiyanın səlahiyyətləri genişlənməmişdən əvvəl açıqlandığından biz qəbul imtahanlarının tarixlərinin dəyişəcəyini elan etdik”.
M. Abbaszadə deyib ki, TQDK ölkə üzrə bütün buraxılış imtahanlarının cədvəlini müəyyənləşdirib: “İyulun 4-də sonuncu buraxılış imtahanıdır. Nəzərdə tuturduq ki, ölkə üzrə buraxılış imtahanları elə iyulun 4-də bitəcək. Amma indi müxtəlif problemlər ortaya çıxır. Hazırda eksternat qaydada imtahan verənlərin, əvvəlki illərdə imtahanlarda uğur qazanmayanların siyahısı formalaşır və hələ bizə təhvil verilməyib. Bu gündən başlayaraq mayın 30-dək bizə bu məlumatlar gəlir. Amma tam təsdiqlənməyib. Ona görə də biz hələ ki bu imtahanlarda nə qədər adamın iştirak edəcəyini bilmirik. İyulun 8-də bütün ölkə üzrə imtahana gəlməyən, problemi olan, əvvəlki illərin məzunları ilə əlaqədar imtahan keçirəcəyik. Bizə vaxt lazımdır. Biz elə bilirdik ki, baza tam təmizdir. Bununla əlaqədar biz bu siyahıları mayın 30-na qədər əldə edəndən və yoxlama prosesinə başlayandan sonra biləcəyik ki, iyulun 8-də keçiriləcək imtahanda nə qədər adam iştirak edəcək. Bundan sonra biz qəbul imtahanlarının tarixlərini dəqiq elan edəcəyik”.

Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024