ABŞ-da qasırğada ölənlərin sayı 34 nəfərə çatıb

ABŞ-da qasırğada ölənlərin sayı 34 nəfərə çatıb
# 03 mart 2012 23:11 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın İndiana, Kentukki və Ohayo ştatlarının məruz qaldığı qasırğada ölənlərin sayı 34 nəfərə çatıb. Bir müddət əvvəl 31 nəfərin öldüyü bildirilirdi. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.

ABŞ Milli meteorologiya xidmətinin nümayəndəsi Con Qordonun sözlərinə görə, yaşayış məntəqələrinin məruz qaldığı azı 6 qasırğa ocağı qeydə alınıb.

Ən çox İndiana ştatı zərər görüb. Ştat rəhbərliyi 15 nəfərin həlak olduğunu bildirib. Qasırğa praktiki olaraq Merisvill şəhərini məhv edib. Alabama ştatında bir çox məktəb və universitetlər bağlanıb. Bu ştatda qolf topu boyda dolu yağıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR