Türkiyə XİN İsveçrənin Ankaradakı səfirindən izahat tələb edib

Türkiyə XİN İsveçrənin Ankaradakı səfirindən izahat tələb edib
# 06 fevral 2012 16:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, səfir Raymond Kunz bu gün Türkiyə XİN-in aparat rəhbəri Firudin Sinirlioğlu tərəfindən nazirliyə çağırılıb.

F. Sinirlioğlu diplomatdan təmsil etdiyi ölkədə prokurorluğun Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Egemen Bağış haqqında ilkin təhqiqata başlaması haqqında xəbərlərlə bağlı izahat tələb edib. F. Sinirlioğlu səfirə bildirib ki, Türkiyə hökuməti bu addımı qəbuledilməz sayır.

Xatırladaq ki, nazir Egemen Bağış ötən həftə Davos forumundan qayıdarkən Sürixdə qatıldığı bir toplantıda “Erməni soyqırımı olmayıb. Bu sözlərimə görə qoy gəlib məni həbs etsinlər”, şəklində bəyanat verib. İsveçrədəki erməni icması bu bəyanatla əlaqədar prokurorluğa şikayət edib və Sürix prokurorluğu E. Bağış haqqında ilkin təhqiqata başlandığını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR