Azərbaycanda gələn il əmək haqqından tutulan vergi azaldılacaq

Azərbaycanda gələn il əmək haqqından tutulan vergi azaldılacaq
# 15 oktyabr 2012 13:27 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, Azərbaycanın 2013-cü il dövlət büdcəsinin ilkin layihəsində nəzərdə tutulub.

Büdcə-vergi siyasətinin əsas istiqamətlərinə əsasən, gələn il əlavə dəyər vergisinin hesablanması qaydası təkmilləşdiriləcək. Digər yenilik mülkiyyət və yol vergilərinin dərəcəsinin optimallaşdırılması ilə bağlı olacaq. Bundan başqa, sadələşdirilmiş vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi nəzərdə tutulub.

Həmçinin, 2013-cü ildə əmək haqqından tutulan gəlir vergisinin azaldılması və vergi tutulmayan məbləğin yaşayış minimumuna yaxınlaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Bununla yanaşı, gələn il ayrı-ayrı xidmətlərə görə rüsumların dəyişməsi gözlənilir. Layihədə dövlət rüsumlarının dərəcələrinin göstərilən xidmətlərin xərclərinə müvafiq müəyyən edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR