Son sutka ərzində 1000-dən çox suriyalı Türkiyəyə qaçıb

Son sutka ərzində 1000-dən çox suriyalı Türkiyəyə qaçıb
# 05 aprel 2012 13:07 (UTC +04:00)
Bakı – APA. Son bir sutka ərzində 1000-dən çox suriyalı Türkiyəyə qaçıb. APA-nın xəbərinə görə, bu barədə Türkiyə hökumətindəki mənbə bildirib. O deyib ki, ümumilikdə Türkiyə ərazisinə keçən suriyalıların sayı 20 mini ötüb.

Qeyd edək ki, Suriyada 2011-ci ilin martında hökumət əleyhinə kütləvi aksiyalar başlayıb. BMT-nin məlumatlarına əsasən indiyədək ölkədə 9 mindən çox adam ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR