Ceyms Appaturay: “Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatlarına dəstəklə bağlı bölgədə lider rolu oynayan ölkələrdən biridir” - FOTOSESSİYA

Ceyms Appaturay: “Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatlarına dəstəklə bağlı bölgədə lider rolu oynayan ölkələrdən biridir” - <font color=red>FOTOSESSİYA</font>
# 05 iyul 2012 16:31 (UTC +04:00)
Bakı. Dünal Qurbanov – APA. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay və Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Xəzər İbrahim NATO-Azərbaycan Beynəlxalq Yay Məktəbində (NİSA) çıxış ediblər. APA-nın xəbərinə görə, C. Appaturay iştirakçılara müxtəlif istiqamətlər üzrə NATO-Azərbaycan tərəfdaşlığı haqda məlumat verib. O bildirib ki, Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatlarına dəstəklə bağlı bölgədə lider rolu oynayan ölkələrdən biridir.

X. İbrahim isə Azərbaycan və NATO-nun 5 əsas istiqamət üzrə əməkdaşlıq etdiklərini söyləyib: Azərbaycanın alyansın sülhməramlı əməliyyatlarında iştirakı, tranzit yüklərin daşınmasında əməkdaşlıq, təhlükəsizlik, kiber təhlükəsizlik və enerji təhlükəsizliyi. O, Azərbaycanın Kosovodakı sülhməramlı əməliyyatda iştirakını xüsusi qeyd edib: “Bu, bizim NATO əməliyyatlarına ilk töhfəmiz oldu. Hazırda biz Əfqanıstandakı sülhməramlı əməliyyatın iştirakçısıyıq”. X. İbrahim Azərbaycan vasitəsilə Əfqanıstana qeyri-hərbi yüklərin daşındığını söyləyib: “Biz hər iki istiqamətdə yüklərin nəqlində əməkdaşlığı davam etdirəcəyik”.

Xatırladaq ki, NATO-Azərbaycan Yay Məktəbi iyulun 2-də açılıb və iyulun 6-da başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR