Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,5% enib
# 29 mart 2012 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 126 bəndədək, S&P 500 0,5% - 1 406 bəndədək, Nasdaq 0,5% - 3 105 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin bəyanatı təsir edib. Belə ki, onun sözlərinə görə, ABŞ iqtisadiyyatı hələ də bərpa olmaqdan uzaqdır.

Avropa fond bazarlarında martın 28-də FTSE 100 indeksi 1,0% - 5 809 bəndədək, Almaniya DAX-ı 1,1% - 6 999 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 430 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 660,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3319 (-0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR