İran səfirliyi: Azərbaycan vətəndaşları İranda baş verən zəlzələ ilə əlaqədar yardım üçün səfirliyə müraciət edirlər

İran səfirliyi: Azərbaycan vətəndaşları İranda baş verən zəlzələ ilə əlaqədar yardım üçün səfirliyə müraciət edirlər
# 14 avqust 2012 10:34 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri deyib.

A. İsgəndəri bildirib ki, zəlzələ baş verdikdən sonra İranın Azərbaycandakı səfirliyinə yardım üçün təkliflər daxil olub.

Səfirlik rəsmisi qeyd edib ki, dağıntı və insan itkisinin çox olmaması problemin daxili imkanlar hesabına aradan qaldırılması işinə mane olmur: “İran yardım üçün heç bir xarici ölkəyə müraciət etməyib. Çünki hökumət problemi aradan qaldırmaq gücündədir. Səfirlik isə bu xoş niyyətlə təklif edən hər bir şəxsə təşəkkürünü bildirir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR