Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
# 26 may 2012 09:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Bakı şəhər Baş Polis İdarəsinə gəlib. APA-nın məlumatına görə, Ə. Kərimli İdarəyə girməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün axşam mülki geyimdə olan şəxslər onun yaşadığı evin qapısını döysələr də, açmayıb. Bundan sonra mətbuat və hüquq müdafiəçiləri hadisə barədə məlumatlandırılıb.

«Səhər saatlarında isə polis mayoru İsmayıl Əliyevin imzası ilə mənə çağırış vərəqəsi gəldi, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunmuşam», - deyən Ə. Kərimli heç bir qanun pozuntusuna yol vermədiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR