Azərbaycanda magistraturaya qəbul imtahanlarının birinci mərhələsində iştirak üçün “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb

Azərbaycanda magistraturaya qəbul imtahanlarının birinci mərhələsində iştirak üçün “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb
# 28 fevral 2012 07:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gündən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsində iştirak etmək üçün bakalavrlara “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb.
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni öz elektron ərizələrinə daxil olaraq çap edib götürməlidirlər.
Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR