Xalası oğlunu qətlə yetirən Lənkəran sakini 9 il müddətinə azadlıqdan məhrum edilib

Xalası oğlunu qətlə yetirən Lənkəran sakini 9 il müddətinə azadlıqdan məhrum edilib
# 06 avqust 2012 11:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Lənkəran sakini Əlövsət Müseyibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Ə. Müseyibov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Müseyibov ailə münaqişəsi zəminində xalası oğlu və yeznəsi, Lənkəran rayon Nərimanabad qəsəbə sakini, 30 yaşlı Elxan Baloğlan oğlu Muradovu bıçaqla boğaz nahiyəsindən vuraraq qətlə yetirib. Hadisə yerindən qaçan Əlövsət Müseyibov sonradan şübhəli şəxs qismində polis tərəfindən tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR