Azərbaycan boksçuları Avropa Olimpiya təsnifat turnirinə qələbə ilə başladılar

Azərbaycan boksçuları Avropa Olimpiya təsnifat turnirinə qələbə ilə başladılar
# 16 aprel 2012 09:05 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 2 həmyerlimiz – Vətən Hüseynli (81 kq) və Elvin İsayev rinqə çıxıb.

Hüseynli ispaniyalı Abner Lloverasla döyüşdə ilk raundu 2 xal fərqlə öndə qapayıb. İkinci raundda hər iki boksçunun 4 dəqiq zərbəsi qeydə alınıb. Yekunda boksçumuz 17:14 hesabı ilə qələbə qazanıb. Həmyerlimiz növbəti mərhələdə erməni Artur Xaçatryanı məğlub etmiş polşalı Mateuş Triçlə qarşılaşacaq.

Elvin İsayev isə ilk döyüşündə Rumıniya təmsilçisi Aleksandru Çiçeryanunu mübarizədən kənarlaşdırıb. Hər 3 raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, turnirdə İsayev və Hüseynli ilə yanaşı, daha 3 boksçumuz qüvvəsini sınayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR