ABŞ: «Dəməşq hərbi əməliyyatlara son qoyaraq qoşunlarını şəhərlərdən çıxarmalıdır»

ABŞ: «Dəməşq hərbi əməliyyatlara son qoyaraq qoşunlarını şəhərlərdən çıxarmalıdır»
# 12 aprel 2012 00:54 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın BMT yanında daimi nümayəndəsi Süzan Rays Suriya qoşunlarının atəşi dayandırması BMT xüsusi nümayəndəsi Kofi Annanın 6 maddədən ibarət planının həyata keçirilməsi sayıla bilməz və Suriya ordusu şəhərlərdən çıxmalıdır.

Rays qeyd edib ki, «ilk növbədə müxalifət yox, Suriya rejimi öz öhdəliklərinə tam əməl etməlidir».

Onun sözlərinə görə, Dəməşq öz öhdəliklərinə əməl etməyərək qoşunları şəhərlərdən çıxarmayıb və hökumətin atəşi dayandırmaq barədə vədlərinə inanmaq olmaz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR