Moskvada MDB ölkələrində aeroportların inkişafı forumu keçiriləcək

Moskvada MDB ölkələrində aeroportların inkişafı forumu keçiriləcək
# 20 fevral 2012 10:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 27-29-da Adam Smit Konfransının (Adam Smith Conferences) təşkilatçılığı ilə Moskvada II Rusiya və MDB ölkələrində aeroportların inkişafı forumu keçiriləcək.

«Adam Smith Conferences»dən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində həmçinin aeroportların idarəçiliyi sammiti keçiriləcək.

Forumda əsasən hava nəqliyyatının inkişafı, aeroportların maliyyə və investisiya strategiyası, aeroportlarda investorların vəsait yatırmaq imkanı, yük daşımalarında gəlirlərin diversifikasiyası kimi məsələlər müzakirə olunacaq.

Tədbirdə hava nəqliyyatında ixtisaslaşmış 50-dən artıq yüksək vəzifəli şəxslərin məruzəsi dinləniləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR