Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi iyulda azalıb

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi iyulda azalıb
# 11 sentyabr 2012 10:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2012-ci il iyul ayında 8,856 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyun ayı ilə müqayisədə bu göstərici 352 mln. manat və ya 3,8% azalıb, 2011-ci ilin iyuluna nisbətən isə 808 mln. manat və ya 10,0% artıb.

İyul ayı ərzində ödənişlərin sayı 4 min və ya 9,5% artaraq 46 minə bərabər olub. Eyni zamanda 2011-ci ilin iyulla müqayisədə ödənişlərin sayında artım 35,3%-ə bərabərdir.

İyul ayında bir ödənişin ortalama həcmi 192,5 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 12,2%, ötən ilin iyuluna nisbətən isə 18,7% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR