ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri Məzahir Pənahovla görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri Məzahir Pənahovla görüşüb
# 14 fevral 2012 13:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən MSK sədri deyib ki, komissiya nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə sıx əməkdaşlıq edir. Bu günə kimi Mərkəzi Seçki Komissiyasının Azərbaycanda keçirilmiş seçkilərlə bağlı ATƏT-in Bakı ofisi ilə birgə çeşidli layihələrə imza atdığını diqqətə çatdıran sədr, bu tədbirlərin seçki subyektlərinin maarifləndirilməsində böyük rol oynadığını söyləyib.

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə yüksək səviyyəli əməkdaşlıqdan razı qaldığını vurğulayıb. O, bildirib ki, ofis MSK ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsindən məmnun olardı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR