Hüseyn Bağırov: “Azərbaycanda ekoturizmin böyük perspektivi var”

Hüseyn Bağırov: “Azərbaycanda ekoturizmin böyük perspektivi var”
# 21 aprel 2012 09:12 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Nazir Azərbaycanın bənzərsiz təbiət əraziləri olduğunu bildirib: “Onlardan biri palçıq vulkanlarıdır ki, onların ətrafında parklar salınır. Ölkədə mövcud olan 3 dağ sisteminin hər birinin özünəməxsus təbiəti var. Bu baxımdan Azərbaycanı ekoturizmin inkişafında böyük perspektivlər gözləyir”.

Nazir qeyd edib ki, Azərbaycanın təbiəti ilə tanış olmaq istəyən avropalıların sayı gündən-günə artır: “Məhz buna görə də ekoturizm Azərbaycan iqtisadiyyatının gələcəyi üçün önəmli istiqamətlərdən biri olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR