Partiya sədri: “Güneyliləri basqı və repressiya altında saxlayan bir rejimin liderini azərbaycanlıların lideri elan eləmək heç bir əndazəyə sığmır”

Partiya sədri: “Güneyliləri basqı və repressiya altında saxlayan bir rejimin liderini azərbaycanlıların lideri elan eləmək heç bir əndazəyə sığmır”
# 23 may 2012 16:43 (UTC +04:00)
Hazırda həmin fəaliyyət öz nəticəsini verib və bu, 10 milyon Azərbaycan türkünün ata-baba yurdunda yaşayışına davam etməsini təhlükə altında qoyub. O gölü qurutmağın əsas məqsədi də Güney Azərbaycandakı soydaşlarımızı ərazidən didərgin salmaq, həmin bölgənin etnik tərkibində süni dəyişiklik etməkdir”. Bu açıqlamanı APA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev verib.
Q. Həsənquliyev qeyd edib ki, son günlər də bu və ya digər haqlarını tələb edən güneyli gənclərin təqib olunması, həbsə atılması, ictimaiyyətin gözü qarşısında asılması ilə bağlı məlumatlar daha da intensivləşib: “ Əslində bu edam cəzaları cəmiyyətin gözünü qorxutmağa hesablanıb. İnsanları asmaq, üstəlik də başqalarının gözü qarşısında, şəhər meydanında edam etmək, ümumiyyətlə, insanlığa qarşı olan, orta əsrlərə xas cəza növüdür. Elə bu faktın özü İrandakı rejimin nə qədər qorxulu və insanlıq əleyhinə olduğunu göstərir”.
Q. Həsənquliyev qeyd edib ki, buna baxmayaraq, İranda artıq dünya birliyinin də maraqla izlədiyi milli-azadlıq mücadiləsi başlayıb: “İran rejiminin bütün cəhdləri orda başlamış azadlıq hərəkatını susdurmaq üçün yetərsizdir”.
BAXCP sədri son günlər İranın Azərbaycana qarşı şiddətlənmiş hücumlarından da danışıb: “Bu hücumlar, İranda iki azərbaycanlı gəncin yoxa çıxması və müraciətlərə baxmayaraq, onların taleyi barədə heç bir məlumat verilməməsi, Azərbaycanın Təbrizdəki konsulluğu önündə aksiyalar keçirilməsi, İran dindarlarının ölkəmizi mütəmadi hədələməsi və bütün bunların ardınca İranın Azərbaycandakı səfirini geri çağırması İran rejimini idarə edənlərin eyforiya vəziyyətində olduqlarını göstərir”.
BAXCP sədri İctimai Palatanın bugünkü toplantısında AXCP sədri Əli Kərimlinin “İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil” açıqlamasına da münasibət bildirib: “Bu açıqlama Əli Kərimlinin üçün milli maraq məsələsinin olmadığını, siyasi hakimiyyətə gəlmək üçün hətta Azərbaycanın düşmənlərindən də dəstək istəməyə, onlara yarınmağa hazır olduğunu göstərdi. Biz ölkə daxilində fərqli siyasi düşüncəyə malik ola, hakimiyyətin apardığı siyasətlə razılaşmaya bilərik. Amma heç kimə sirr deyil ki, indi İranda güney azərbaycanlılar öz haqları uğrunda mübarizə aparırlar. Belə vaxtda daim güney azərbaycanlıları basqı və repressiya altında saxlayan bir rejimin liderini azərbaycanlıların lideri elan eləmək heç bir əndazəyə sığmır. Milli mübarizəyə və milli maraqlara cavab verməyən məhz bu cür açıqlamadır. Mən hesab edirəm ki, artıq Qərb dairələri də bu şəxsi yaxından tanıyıb, onun nə qədər etibarlı tərəfdaş olduğunu gördülər. Onlar əmin oldular ki, Əli Kərimli lideri Elçibəyi, dostlarını satdığı kimi ölkəsini və Qərbdəki tərəfdaşlarını da satmağa hazırdır. O, bu bəyanatı ilə özünün siyasi tərcümeyi-halına son nöqtəni qoydu. Mənə maraqlıdır ki, bu adam bundan sonra da özünü Xalq Cəbhəsinin sədri və Elçibəy yolunun davamçısı kimi təqdim edəcək?”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR