Nazir: "Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan götürülməlidir"

Nazir: "Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan götürülməlidir"
# 14 sentyabr 2016 08:53 (UTC +04:00)

Bakı - APA-Economics. Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır.

Bunu "APA-Economics"ə energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır. "Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR