ABŞ-da afroamerikalı 5 nəfəri güllələyib

ABŞ-da afroamerikalı 5 nəfəri güllələyib
# 23 aprel 2016 08:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın Corciya ştatının Aplinq şəhərində 5 nəfər güllələnib.

APA-nın məlumatına görə, xəbəri “ABC News” yayıb. Polis hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirib. Bu 50 yaşlı afroamerikalı Ueyn Entoni Housdur.

Dörd nəfər hadisə yerində, biri isə xəstəxanaya aparılarkən yolda keçinib. Onlardan 2-si qadındır.

Hazırda qətli törədən şəxs axtarışdadır. Polisin bildirdiyinə görə, o, həyat yoldaşının boşanma üçün müraciət etdiyini öyrəndikdən sonra hadisəni törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR