Bakıda oğul 78 yaşlı anasını döyərək öldürüb

Bakıda oğul 78 yaşlı anasını döyərək öldürüb
# 26 aprel 2016 09:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 78 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə əlamətləri olan meyiti mənzilində tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş L. Avşarovnanın oğlu 56 yaşlı oğlu İqor Avşarov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR