Myanmada torpaq sürüşməsində ölənlərin sayı 90-a çatıb - YENİLƏNİB

Myanmada torpaq sürüşməsində ölənlərin sayı 90-a çatıb - <span style="color: red;">YENİLƏNİB
# 21 noyabr 2015 22:42 (UTC +04:00)

Bakı-APA. Myanmanın şimalındakı Kaçin ştatında baş vermiş torpaq sürüşməsi nəticəsində 90 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Press TV” məlumat yayıb.

“Bu vaxtadək 90 nəfərin cəsədi aşkarlanıb”, teyə yerli administrasiya nümayəndəsi bildirib.

Məlumata görə, 100-dək insan itkin düşmüş hesab edilir.

Torpaq sürüşməsi Xpakan şəhəri yaxınlığında nefrit mədənlərinə yaxın ərazidə baş verib. Nəticədə mədəndə çalışan fəhlələrin yaşadığı 70-dən çox ev torpaq altında qalıb.

Ölənlərin sayının artacağı istisna olunmur.

Hadisə yerində xilasedicilər və hərbçilər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR