AZAL Moskvadan Bakıya olan uçuşlarda yeni aksiyaya başlayıb

AZAL Moskvadan Bakıya olan uçuşlarda yeni aksiyaya başlayıb
# 09 fevral 2016 11:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskvadan Bakıya olan uçuşlara yeni promo-aksiya elan edir.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiymət cəmi 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün “Domodedovo” və “Vnukovo” beynəlxalq hava limanlarından həyata keçirilir.

Qeyd edək ki, Bakıdan Moskvaya “Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR