Lavrov: “Terrorçu təşkilatlar üzərində qələbə əldə olunanadək Suriyada əməliyyatlar dayandırılmayacaq”

Lavrov: “Terrorçu təşkilatlar üzərində qələbə əldə olunanadək Suriyada əməliyyatlar dayandırılmayacaq”
# 03 fevral 2016 11:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatları bu ölkədə terrorçu təşkilatlar üzərində qələbə əldə olunanadək dayandırılmayacaq”.

APA-nın Moskva müxbirinin məlumatına görə, belə bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. O bildirib ki, terrorçu təşkilatlar İŞİD, “Ən Nüsra” və digərləri üzərində real qələbə qazananadək aviazərbələr dayandırılmayacaq: “Hazırda aviazərbələrin dayandırılması üçün əsas görmürəm”.

Qeyd edək ki, Rusiya Hərbi Kosmik Qüvvələri 2015-ci il sentyabrın 30-dan Suriyada havadan hərbi əməliyyatlara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR