Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
# 02 may 2016 20:41 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda intihara cəhdin qarşısı alınıb

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

9 mərtəbəli binanın 6-cı mərtəbəsində yaşayan 1981-ci il təvəllüdlü Həsənov Vüqar Ayaz oğlu yaşadığı mənzilin eyvanına çıxaraq özünü atacağı ilə hədələyib.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. İntihara cəhd edən şəxslə psixoloji söhbət aparılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu fikrindən daşındırıblar.

İlkin məlumata görə, vaxtilə məhkumluq həyatı yaşayan V.Həsənovun psixi problemləri var. O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə aparılıb. V.Həsənovun məcburi müalicəyə göndəriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR