Cəlilabad sakinini ilan sancıb

Cəlilabad sakinini ilan sancıb
# 19 may 2016 13:53 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad sakinini ilan sancıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün rayonun Cəlayır kəndi ərazisində baş verib.

Kənd sakini, 33 yaşlı Əlisəfa Əliyev örüş sahəsindəki biçilmiş otları toplayarkən ilan onun sol ayaq nahiyəsindən sancıb. Danışığı qüsurlu olan zərərçəkmiş vaxtında özünü evə çatdırıb.


Yaxınları tərəfindən xəstəxanya aparılan Ə. Əliyevə dərhal ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda onuin vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, bu, cari mövsümdə Cəlilabad rayonunda qeydə alınmış ilk ilansancma hadisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR